Azərbaycan Respublikasında təhsilverənlərin sertifikasiya imtahanında topladığı bala uyğun maaş əlavələrinin ədalətli şəkildə verilməsini istəyirik.

15 kişi imzaladı. Hedef 500 imza!

Azərbaycan Respublikasında təhsilverənlərin sertifikasiya imtahanında topladığı bala uyğun maaş əlavələrinin ədalətli şəkildə verilməsini istəyirik.
<p> Azərbaycan Respublikasında təhsilverənlər üçün keçirilən sertifikasiya imtahanını təqdirəlayiq hesab edirik. Çox uğurlu bir layihədir. Nəinki müəllimlər, hətta valideynlər də bütün ictimaiyyət də bunun tərəfdarıdır. Lakin bəzi nüanslar var ki, bunlar təhsilverənlərin böyük narazılığına səbəb olur. Birinci növbədə test imtahanı mərhələsində toplanan ballar üzrə maaşlara ediləcək əlavələrin çox böyük fərqlilik yaratmasıdır. Beləki 29 bal toplayan müəllim imtahandan kəsilmiş hesab edildiyi halda, digər müəllimin ondan 1 bal artıq toplaması ilə 21 bal artıq toplaması arasında heç bir fərq qoyulmadan (yəni 30-50 bal toplamasının fərq qoymadan) onun maaşına 10% əlavə edilməsi nəzərdə tutulur. Təbii ki, burada 50 bal toplamış müəllim 30 bal toplamış müəllimlə eyni səviyyədə tutulduğunu, cəmi 1 bal fərq ilə yuxarı bal toplamış müəllimdən seçildiyini görüb həvəsdən düşəcək və tədris etdiyi fənnin keyfiyyətinə elə də önəm verməyəcək. Bu və ya digər nüansları nəzərinizə çatdıraraq biz müəllimlər təhsilverənlərin test imtahanında topladığı ballarat görə maaşlarına ediləcək əlavələrin 21 ballıq (30-50) fərqlə yox, daha münasib fərqlə hesablanmasını istəyirik. Məsələn : 30-40, 41-49, 50-60 intervalı ilə müəyyən faz artımla əlavələr edilməsi ədalətli olardı nəinki hazırki formada. </p><p> Ümid edirik ki, müraciətimizi nəzərə alacaqsınız və təhsilverənlərə tədrisin daha da keyfiyyətli keçirilməsinə böyük bir stimul yaradacaqsınız. </p>

Kampanyanı Başlatan

Xanverdi Dadaşov

25 Haziran 2023

Kategori

Eğitim

Güncel İmzalar

Yorumlar

Müəllimlərin maaşının artmasına ədalətlə yanaşılsın

Nilufər Q.

01 Tem 2023

30balla 49bal eyni deyil.

Dürdanə N.

30 Haz 2023

Salam.İmtahan nəticələri üzrə maaş artımına yenidən baxılmağını xahiş edirik.31balla 49-50bal toplamış müəllimin maaş artımının eyni(10faiz)olması nə dərəcədə ədalətlidir?Çox xahiş edirik.

Aynur A.

30 Haz 2023

30 balla 50 bal arasında fərq qoyulsun

Gülnar Q.

30 Haz 2023

Yardımlı rayonu

Amil D.

26 Haz 2023

Ədalətlik prinsipi qorunsun

Cahan M.

26 Haz 2023

Sertifikasiya balım 48-dir.Maaş artımının 30-40,40-50,50-60 intervalına uyğun olmasını xahiş edirəm

Ülviyyə Ə.

26 Haz 2023

Sumqayıt

Xanım H.

26 Haz 2023

Ədalətli qanun tətbiq edin

Nunu

26 Haz 2023